Bakı mərkəzi

Mərkəz haqqında
Bakı şəhərində yerləşən Bioloji Təbabət klinikası (mərkəzi) və filialları Azərbaycanda, həmçinin, postsovet məkanında bioloji təbabətlə müalicə edən yeganə klinikadır. Bu gün bu klinika Almaniya, Kolumbiya, İsveçrə, digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən Bioloji Təbabət klinikalaları ilə rəqabət apara biləcək səviyyəyə yüksəlmişdir.

Bioloji Təbabət klinikası bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Klinika 2009-cu il fevral ayından fəaliyyət göstərməsinə baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslı həkimlər çalışır. Almaniya və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. Burada çalışan həkimlər daim bioloji təbabət istiqamətində öz bilik və təcrübələrini artırırlar. Belə ki, Bioloji Təbabət klinikasında Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan dəvət olunmuş bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən müasir dövrün ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eyni zamanda xəstə qəbulu həyata keçirilir.

Klinika dünya standartlarına cavab verən ən yeni tibbi avadanlıqlarla təchiz olunmuşdur.  

Bioloji Təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir.

Hazırda xroniki-degenerativ, yəni illərlə inkişaf edən, sonda isə sağalmayan və ya çətin sağalan xəstəliklər çox geniş yayılmışdır. Tibbin, yeni supertexnologiyaların inkişafına rəğmən, xəstəliklərin sayı azalmır ki, artır; onların müalicəsində isə nəzərəçarpan, mükəmməl bir nəticə əldə edilmir. Hər il inkişaf etmiş ölkələrdə ürək-damar və digər xroniki xəstəliklərdən milyonlarla orta yaşlı insan həyatını itirir. Bu növ xəstəliklərin vüsət alması dünyada, o cümlədən, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən ciddi narahatlığa səbəb olub; onlar, həmçinin, ailə büdcəsi və səhiyyə sistemi üçün ağır yükdür.

Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çox hallarda daimi, yəni ömürlük təyini, onların törətdiyi fəsadlar, və ən əsası, müalicələrin uzunmüddətli və əsasən uğursuz olması yeni müalicə metodlarının axtarışını zəruri etmişdir.

Bu baxımdan dünya praktikasında belə xəstəliklərin müalicə və profilaktikasında Bioloji Təbabətə üstünlük verilir.

Özünütənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir. Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif ağır xroniki xəstəliklər yaranır.

Bioloji Təbabət nəzəriyyəsi baxımından, xəstəliklərin yaranmasının, yəni biotənzimləmənin pozulmasının əsasında orqanizmdə toksinlərin tədricən toplanması, toksinlə yüklənmiş orqanizmdə daxili mühitin dəyişməsi və bu münbit şəraitdə müxtəlif patologiyaların asanlıqla inkişaf etməsi durur.

Hər bir xəstəlik onu yaradan çoxsaylı səbəblərə, xəstəliyin inkişaf mexanizminə təsir etməklə müalicə oluna bilər. Buna görə də bioloji təbabət həmişə kombinə olunmuş təbabətdir.

İmkanlar
  • Avtomobil dayanacağı  
  • ATM 
  • Yeməkxana 
  • İbadət otağı 

Müali̇cə sahələri̇
  • Allerqologiya
  • Andrologiya
  • Artrologiya
  • Dermatovenerologiya
  • Endokrinologiya
  • Ginekologiya
  • Kardiologiya
  • Nevrologiya
  • Oftalmologiya
  • Pediatriya
  • Psixoterapiya
  • Qastroenterologiya
  • Stomatologiya
  • Urologiya
  • Vertebrologiya
  • Kosmetologiya

Əsas terapiya ilə yanaşı gedən digər müalicə növləri

  • Dietologiya və nutrisiologiya 
  • Ozonoterapiya 
  • Hirudoterapiya 
  • Plazmaferez
  • Hidrokolonoterapiya
  • Transkranial mikropolyarizasiya 

Fizioterapiya və reabilitasiya 

  • Elektroterapiya
  • Reabilitasiya



Ünvan və əlaqə

Ünvan: Bioloji Təbabət Klinikası, Bakı

Telefon: (+994 12) 430 89 89

Mobil: (+994 50) 430 89 89

Mobil: (+994 55) 430 89 89

Mobil: (+994 70) 430 89 89

E-mail: [email protected]