Mikrobioloji terapiya

Mikrobioloji terapiya - canlı və inaktivləşdirilmiş  bakteriyalar və  onların komponentləri  vasitəsilə immun sistemin tənzimlənməsinə və orqanizmin müdafiə qüvvələrinin artırılmasına yönəlmiş çoxkomponentli müalicə sistemidir.

Mikrobioloji terapiyanın aparılmasında  əsas məqsədlər:

  • orqanizmin immunomodulyasiyası
  • mikrofloranın immunomodulyasiyası
  • orqan və sistemlərin detoksikasiyası
  • orqan və sistemlərin regenerasiyası
  • pozulmuş özünübərpa və requlyasiya mexanizmlərinin, homeostazın bərpasıdır.

Sağlam insanın xarici kontakt (dəri)  və  daxili kontakt (ağız boşluğu,mədə-bağ.traktının selikli qişaları) səthləri mikroorqanizmlərlə zəngindir.Bütün həzm sistemi traktının səthində təxminən 10 14 mikrob kolonizasiyası var.İndiyə kimi dəri və selikli qişalarda yaşayan mikroorqanizmlərin  400 qədər növü identifikasiya olunub. Dəri və selikli qişalarda yaşayan bu mikrob populyasiyaları sahib orqanizmlə ekoloji tarazlıqdadırlar və simbiont,saprofit rolu oynayırlar.

Bu mikroorqanizmlərdən nazik bağırsaqlarda əsasən laktobakteriyalar  və enterokoklar,yoğun bağırsaqlarda isə anaerob bakteriyalar üstünlük təşkil edir.

Bağırsaqların  normal mikroflorası   orqanizm üçün bir çox vacib funksiyalar həyata keçirir:

  • Bağırsaqların selikli qişasının səthində mikrobioloji baryer əmələ gətirərək patogen mikroorqanizmlərin (göbələklər,klostridiyalar) yaşamasına mane olurlar
  • Normal mikroflora bir çox qidalı maddələrin,vitaminlərin (vit K,vit B12,fol.t,nikotinamid) sintezində iştirak edirlər
  • İmmunorequlyator funksiya həyata keçirirlər
  • Limfoid orqanların inkişafında və differensasiyasında iştirak edirlər
  • Bağırsaq peristaltikasına aktivləşdirici təsir göstərirlər
  • Bağırsaqların selikli qişa epitelinin regenerasiya və proliferasiyasında iştirak edirlər
  • Bağırsaq selikli qişasında yerli qan dövranını sürətləndirilər.

Mikrobioloji terapiyanın immunmodulyasiyaedici təsirinin əsasında duran mexanizmlər , mikroorqanizmlərin immunorequlyator sitokinlərin  (GM-CSF,qamma-interferon) və iltihabi sitokinlərin (İl 1b,İl 6) sintezinə təsiri ilə əlaqədardır.Belə ki, Pro Symbioflor  preparatı interleykin 1b və interleykin 6 –nı ingibə edərək,interleykin 2 və qamma-interferonun   istehsalını stimulyasiya edir və nəticədə  T limfosit və makrofaqlar tərəfindən inisiasiya olunan iltihabi prosseslərin qarşısını alır.Symbioflor 1 və Symbioflor 2 preparatlarının təsiri ilə sekretor immunoqlobulin A-nın  sintezi artır,sirkulyasiya edən immunoqlobulin G-nin  isə  miqdarı azalır.SymbioLact preparatının tərkibinə daxil olan südturşu bakteriyaları mədə -bağırsaq traktında mühitin stabilləşməsinə və patogen mikrofloradan qorunmada mühüm əhəmiyyətə malikdir.

Original tərkibə və təsir mexanizminə malik olan mikrobioloji preparatlar Almaniyanın Symbio Pharm şirkəti tərəfindən istehsal olunur.Preparatların hazırlanmasında yalnız sağlam insanların və virulentliyi dəfələrlə tədqiqatlarda yoxlanmış, şərti-patogen ştamplardan istifadə olunur.Preparatların hazırlanmasında istifadə olunan ştamplar hələ 1950-ci ildən sağlam insanlardan götürülmüş  və müasir,çox virulent, antibiotikə rezistent ştamplar əmələ gəlməmiş çoxaldılan koloniyaların məhsullarıdır.Bu səbəbdən ,preparatların istifadəsi zamanı  heç bir əlavə təsirlər əmələ gəlmir  və patogen mikrofloraya  yoluxma ehtimalı yoxdur.

Mikrobioloji terapiyanın  immun zəifliyi və allergik komponentlə gedən bir çox xəstəliklərin müalicəsində effektivliyini sübut olunmuşdur.Bir çox avropa ölkələrində aparılan tədqiqatlarda mikrobioloji terapiyanın  effektiv təsiri sübuta yetirilmişdir.Almaniya Biometriya institutunda 431 uşağın cəlb olunduğu  (Hannover) multisentrik, retrospektiv,epidemioloji koqort tədqiqatda Simbioflor 1 və Simbioflor 2 preparatının  neyrodermitin kompleks müalicəsində ,A.A.Boqomols adına Kiev Tibb Universitetində isə uşaqlarda atopik dermatitin kompleks müalicəsində  effektivliyi təsdiq olunmuşdur.

Mikrobioloji terapiya vasitəsilə müalicə olunan xəstəliklər aşağıdakılardır:

  • atopik dermatit
  • allergik rinit
  • bronxial astma
  • allergik dəri xəstəlikləri (kontakt ekzema,övrə)
  • kəskin,xroniki  enterokolit
  • qəbizlik
  • qıcıqlanmış bağırsaq sindromu
  • divertikulyoz
  • qida maddələrinə allergiya
  • sistit,vaginit
  • ağız boşluğunun kandidozu
  • akne,furunkulyoz və.s

Mikrobioloji terapiyanı monoterapiya şəklində  və yaxud istənilən kompleks müalicənin tərkibində istifadə etmək olar.Mikrobioloji terapiyanın  antihomotoksik terapiya ilə tətbiqi xüsusilə effektivdir belə ki,hər iki terapiyanın sinergik təsiri daha dərin və sürətli klinik nəticə əldə etməyə köməklik göstərir.