Bütöv stomatologiya

Bütöv stomatologiya – orqanizmə bütöv yanaşma kontekstində pasiyentin dişlərinin sağlamlığı və emosional vəziyyətidir.
Bioloji stomatologiyanın mahiyyəti:

1. Diş plomblarının toksikliyi probleminin ciddiliyinin qəbul edilməsi (gümüş, civə, amalqam, nikel və s.) daha  az zəhərli maddələrlə əvəzlənməsinin vacibliyi  

Diş plomblarının tərkibinə daxil olan ağır metallar beyin və sinir sistemi üçün yüksək toksikdir (sinir-əzələ xəstəlikləri, autizm, diqqət çatışmazlığı sindromu, depressiya və s.), onlar, həmçinin, immun və endokrin sistemə  patogen təsir göstərir. Hazırda bir sıra ölkələrdə amalqamdan istifadə tam qadağan edilmişdir, bəzi ölkələrdə isə yalnız hamilə qadınlara qadağan olunmuşdur. Sübut olunmuşdur ki, ağızda yerləşdirildikdən  uzun illər sonra  da  civə amalqamdan yuyularaq çıxır.

2. Dişin sağlamlığı və  qidalanma, bədən strukturu, diş qövsündə və gicgah-alt çənə oynağında problem, orqanizmin mayeləri, immun və mərkəzi sinir sistemləri kimi amillər arasında six əlaqənin  etiraf edilməsi.

Dişlərə kalsium, maqnezium, fosfor, sink, mis, manqan, bor və digər mineral maddələr tələb edlir. Bu minerallar rafinə olunmuş ərzaqlarda, o cümlədən rafinəolunmuş şəkər, ağ un və ağ düyüdə olmur. Rasionda olan şəkər ağız boşluğunda olan bakteriyaları qidalandıraraq dişin zədələnməsinə səbəb ola bilər. Müxtəlif energetik içkilərin (kola, fanta və s.) tərkibindəki fosfor turşusu kalsium (osteoporoz), maqnezium, sink ilə birləşir və  onları orqanizmdən  xaric edərək diş minasını zədələyə bilər. Düzgün qidalanma kariyesin inkişafının qarşısını alır, sümük toxuması və damağın strukturu, düzgün dişləmə və stomatologiyanın hər bir aspekti üçün həlledici əhəmiyyətə malikdir.

Gicgah-alt çənə oynağındakı dəyişiklik – insan orqanizminin statikasında müəyyən dəyişiklikdir və baş beyində qan dövranının pozulması (izah olunmayan baş ağrıları), onurğa sütununda dəyişikliklərin, dayaq-hərəkət sisteminin, qalxanvarı vəzin müxtəlif xəstəliklərinin və s. səbəblərindən biri ola bilər.

3. Diş kökünün əksər stomatoloji prosedurları infeksiya ocağının yaranmasının və sonradan sistemli xəstəliklərin inkişafının səbəbi olduğunun qəbul edilməsi.

Müalicə olunmuş diş kökləri xroniki bakterial infeksiya mənbəyidir. Bakteriyalar, yaxud, bakterial toksinlər qana keçərək bir çox orqan və toxumaların zədələnməsinə səbəb ola bilər.

Müalicənin yuxarıda qeyd edilən əsas prinsipləri 1978 -ci ildən mövcud olan Bütöv Stomatoloji Assosiasiya tərəfindən tanılmışdır.