Hepatit B peyvəndi

Klinikamıza hepatit B peyvəndi ilə bağlı çoxsaylı müraciətlər olunur və  bəzi xarici ölkələrə səyahət,həmçinin iş yerlərinə qəbul üçün Hepatit B vaksinasiyası tələb olunduğu üçün bu haqda məlumat vermək istərdik.

Hepatit B qaraciyərdə iltihabi proses törədir və uzun müddət müalicə olunmazsa qaraciyər sirrozu və xərçəngi yarada bilən bir virusdur.

Qeyd edək ki,hepatit B virusu çox yoluxucudur,qan,selikli ifrazat və tüpürcəklə də yoluxma mümkündür.

Daha bir nüans isə ondan ibarətdir ki,hepatit B virusu daşıyan şəxslər hepatit D yə yoluxa bilir və hazırda hepatit D demək olar ki müalicəsi olmayan və ağır gedişli xəstəlikdir.Deməli bir peyvənd sizi 2 təhlükləli virusdan qoruyur,həm də bütün həyatınız boyunca.

  • Bəs peyvənd kimlərə birinci növbədə olunmalıdır?
  • Xəstələrlə təmasda olan yaxınları və tibb işçiləri
  • Hemodializ xəstələri
  • Qan köçürmə olunan şəxslər
  • Çox sayda partnyoru olanlar
  • Hepatit B-dən başqa digər qaraciyər xəstəliyi olanlar
  • Bərbərlər,manikür və pedikür ustaları və istəyən bütün şəxslərə
  • Peyvəndin qoruyuculuğu 90-95% təşkil edir.
  • 40yaşdan böyük olma,
  • Siqaret çəkmə,
  • Çəki artıqlığı,
  • Genetik faktorlar,
  • İmmun supresiyya peyvəndin təsirini zəiflədə bilər.

Peyvənd 3 dozada vururlur, 0. 1. və 6. cı aylarda.Bəzən evlilik ərəfəsində,bəzi ölkələrə səyahət zamanı sürətli yəni 1 ay ərzində dəd peyvəndləmə oluna bilər.Yüksək risk qrupunda olan şəxslərdə üçüncü dozdan sonra qanda anti-HBs səviyyəsi təyin olunur.Yüksək anti-HBs yaranarsa təkrar doza ehtiyac yoxdur.Və orqanizm virusla qarşılaşdığı zaman immun sistemin yaddaş hüceyrələri tərəfindən məhv edilir.Hepatit B peyvəndi canlı peyvənd deyil,mikrobun bir hissəsinə qarşı hazırlanmış peyvənddir.Ona görə heç bir əlavə təsir yaratmaz.

Buna görə rahatlıqla klinikamızda peyvənd olunub Hepatit B və hepatit D virusundan qoruna bilərsiniz.